Amerika administrasiyası Ukraynada hərbi podratçıların yerləşdirilməsinə qoyulmuş qadağanı aradan qaldırmaq barədə hələ qərar verməyib və ölkəyə qoşun yeritmək niyyətində deyil. AFN.az-ın xəbərinə görə, bu barədə TASS-ın müxbirinə Pentaqondan məlumat verilib."Biz heç bir qərar verməmişik və bu məsələnin müzakirəsi tezdir. Prezident Co Bayden Ukraynaya qoşun göndərməməkdə qərarlıdır", - ABŞ ordusunun sözçüsü bildirib. “Daxili müzakirələr və ya baxıla bilən və ya alınmayan təkliflər barədə şayiələrə münasibət bildirməyəcəyəm”, - deyə o, əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta