Almaniya Müdafiə Nazirliyi (Bundesver) 2,35 milyon döyüş sursatı istehsalı üçün iki müdafiə şirkəti ilə 15 milyard avro dəyərində olan müqavilə bağlamağı planlaşdırır.
“Far.Az” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Məlumata görə, müvafiq sorğunu Müdafiə Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə Bundestaqın (Almaniya parlamenti) Büdcə komitəsinə göndərib. Söhbət “Diehl Defence” şirkətindən və Norveçin “Raufoss Nammo” konsernindən gedir.
İlkin olaraq, 2030-cu ilə qədər Bundesver anbarlarında sursat çatışmazlığını qarşılamalı olacaq 200 min 155 mm-lik mərmi istehsalı üçün 1,31 milyard avroluq müqavilənin bağlanması planlaşdırılır.
Xərclər müdafiə büdcəsindən, həmçinin Bundesverin modernləşdirilməsi üçün ayrılan 100 milyard avroluq xüsusi fonddan ödənilməlidir.