Manset.az xəbər verir ki, bu turda A qrupunda qərarlaşan Peru ilə Kanada, Argentina və Çili milliləri qarşılaşıblar. Kanada yığması rəqibini bir qolla üstələyib. Oyunun 59-cu dəqiqəsində Peru millisinin üzvu Migel Arauxo qırmızı vərəqə aldığından komandası azlıqda qalıb. Kanada isə Conatan Devidin 74-cü dəqiqədə vurduğu qolla qələbəni təmin edib.
Çili - Argentina görüşündə də böyük hesab qeydə alınmayıb. Argentina millisinin futbolçusu Lautaro Martines oyunun 88-ci dəqiqəsində vurduğu qolla oyunun taleyini həll edib.