AZ

BRİKS ölkələri rəqəmsal milli valyutalarda ödənişlər üçün platforma hazırlayır

BRİKS ölkələri rəqəmsal milli valyutalarda ödənişlər üçün platforma hazırlayır




Rusiya BRİKS ölkələrinin mərkəzi bankları ilə birlikdə BRICS Körpüsü hesablaşma və ödəniş infrastrukturunun yaradılması üzərində işləyir. Bu barədə “İzvestiya” qəzeti Rusiya Federasiyasının nazir müavini İvan Çebeskova istinadən xəbər verir.Çebeskov bildirib ki, BRICS körpüsü platforması milli valyutalarda, o cümlədən rəqəmsal valyutalarda hesablaşmalar üçün nəzərdə tutulacaq.Nəşrin müsahibə verdiyi ekspertlər qeyd ediblər ki, Qərbin sanksiyaları kontekstində BRİKS dövlətləri arasında müstəqil hesablaşmalar üçün alətlərin yaradılmasına son dərəcə böyük ehtiyac var. Rəqəmsal və maliyyə aktivləri əsasında yaradılan vahid platforma ödənişlərin şəxsiyyətsizliyini və müstəqilliyini artıracaq, müxtəlif ölkələrdən olan tərəfdaşlar arasında birbaşa ödənişlər həyata keçirəcək, əməliyyatların sürətini əhəmiyyətli dərəcədə artıracaq və vasitəçilərin sayını azaldacaq. Bundan əlavə, belə infrastrukturun yaradılması BRİKS ölkələrinin rəqabət üstünlüklərini artıracaq.Ekspertlər vurğulayıblar ki, milli valyutalarla, o cümlədən rəqəmsal ödənişlər üçün yeni platformanın işə salınması üçün bütün BRİKS dövlətləri qanunvericilikdə lazımi dəyişiklikləri etməlidirlər.Mənbə: Gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
patrul.az

2Mənbələr