Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, iyun ayının 25-də saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin aşması barədə məlumat daxil olub.
"Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölüb, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir".