Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev I Qarabağ müharibəsinin şəhid döyüşçüsü Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Natiq Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra bu fəxri ada layiq görülüb.
"Cebhe.info"nun məlumatına görə, bununla da Milli Qəhrəman adını alanların sayı 219-a çatıb.
"Cebhe.info"