AZ

Kəlbəcərdə FACİƏ: Ölənlər və yaralananlar var - YENİLƏNDİ

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərin və xəsarət alanların kimliyi məlum olub.

 

Sfera.az-ın məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Lazımov Məqsəd Həbib oğlu (1955-ci il təvəllüdlü) və həyat yoldaşı Hüseynova Qənirə Ağalar qızı (1958) aldıqları xəsarətlərdən dünyasını dəyişib.

 

Qəza zamanı həmçinin onların kürəkənləri - Rəsulov Elşad Kazım oğlu (1980), Yusifov Vüsal Fazil oğlu (1979), qızları - Rəsulova Ruhanə Məqsəd qızı (1984), Yusifova Xəyalə Məqsəd qızı (1982) və sürücü Qocayev Əlnur Novruz oğlu (1988) xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

01:23

 

Kəlbəcər rayonunun İstibulaq kəndində yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.

 

Məlumata görə, ölən və xəsarət alanlar Kəlbəcər rayonunda kənd təsərrüfatınla məşğul olanlardır.

 

Faktla bağlı araşdırma aparılır.(Report)

Seçilən
179
4
sfera.az

10Mənbələr