Prezident İlham Əliyev Natiq Qasımovla bağlı imzaladığı Sərəncam haqda paylaşım edib.
Prezidentin paylaşdığı fotonun üzərində bu sözlər yazılıb:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”.