AZ

Yaponiya Rusiya ilə bağlı mövqeyini rəsmən açıqladı: Daha sərt olacağıq

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi Tokionun Rusiya Federasiyasına qarşı “sərt sanksiya siyasətini” davam etdirəcəyini və Ukraynanı dəstəkləyəcəyini bildirib.

Publika.az xəbər verir ki, Hayaşinin sözlərinə görə, ABŞ da daxil olmaqla G7 ölkələri ilə əməkdaşlıqda Yaponiya “düzgün” anti-Rusiya məhdudlaşdırıcı tədbirləri tətbiq etməyə davam edəcək və Kiyevə əlavə dəstək verəcək.

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışıqlarına münasibət bildirmək üçün mətbuatın sorğusuna cavab verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Tokionun bu mövzuda hər iki hərbi idarənin bəyanatları ilə tanış olduğunu vurğulayıb. Rusiyanın Ukraynadakı hərəkətlərini bir daha tənqid edən Hayaşi, Yaponiya tərəfinin bütün əlaqəli məsələlərdə amerikalı həmkarları ilə müntəzəm əlaqə saxladığını bildirib. O, daha konkret şərh verməkdən çəkinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
publika.az

2Mənbələr