İki gün əvvəl Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində çimərkən batan 25 yaşlı Babayev Rəhim Qurban oğlunun cansız bədəni bu gün tapılaraq sudan çıxarılıb.
Bizim.Media xəbər verir ki, axtarışları FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri aparırdı. Sudan çıxarılan şəxsin meyiti qanuni prossedurlara uyğun olaraq müvafiq orqanlara təhvil verilib. Mərhum bu gün doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsində dəfn ediləcək.
Sabutay, Bizim Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta