AZ

Alsunun ərindən boşanmasına səbəbkar olan model onun mahnısını OXUDU – VİDEO

Timatinin keçmiş sevgilisi, model Anastasiya Reşetovanın 3 il əvvəl çəkilmiş, rusiyalı müğənni Alsunun mahnısını oxuduğu video sosial şəbəkədə yayılaraq müzakirə mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, izləyicilərin əksəriyyəti həmin görüntülərin milyarder Yan Abramovun Anastasiya ilə tanış olduqdan sonra çəkilməsini iddia ediblər.

Belə ki, Anastasiya Reşetova 40 yaşlı Alsu və onun 46 yaşlı milyarder əri Yan Abramovun boşanmasından sonra qalmaqalın mərkəzinə düşüb. Reşetovanın Abramovla münasibətləri ilə bağlı şayiələr uzun müddətdir ki, sosial mediada gündəm olub.
Ötən gün isə Alsu boşanma səbəbinin Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə əri Yanla münasibəti olduğuna işarə edib. Modelin özü “evli bir kişiyə belə baxmaram” söyləsə də, Alsu “Instagram” səhifəsində “Boşanmasının səbəbi modeldir” başlıqlı xəbərin şərh bölməsinə “Yalan danışır” sözlərini yazıb.

Qeyd edək ki, Yan Abramov və Alsu 2006-cı ildən bəri evli olub. Onların Safina, Mikella və Rafael adlı üç övladı var.
 




Rəşad Əliyev, Bizim.Media

Seçilən
357
5
bizim.media

10Mənbələr