İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-dən Amerika qoşunlarını dərhal və tam şəkildə Suriyadan çıxarmağı tələb edib.
Bu barədə TASS məlumat yayıb.
“Suriyada sülh və sabitliyin bərqərar olması üçün Amerika qoşunlarının ölkədən tam, dərhal və qeyd-şərtsiz çıxarılması lazımdır. Onlar terrorizmlə mübarizə aparmaq əvəzinə neft oğurlamağa, Suriya xalqını soymağa və BMT tərəfindən terrorçu elan edilmiş qruplara, məsələn, “Cəbhət ən-Nüsrə” və “Həyat Təhrir əş-Şam”a dəstək verməyə davam edirlər”, - o, BMT Təhlükəsizlik Şurasının Suriyadakı humanitar və siyasi vəziyyətlə bağlı iclasında deyib.