AZ

Lavrov: "Dollar qlobal reputasiyasını itirir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov oxunuşları” forumunda çıxışı zamanı dolların qlobal nüfuzunu itirdiyini bildirib.

Turkustan.az bu barədə"TASS"-a istinadən xəbər verir.

"Dedollarizasiya haqqında o qədər danışıldı ki, təkrar etmək istəmirəm, amma dollar öz etibarını itirdi.Yeri gəlmişkən, bunu Donald Tramp son çıxışlarından birində vurğuladı və Bayden administrasiyasını Amerikanın qlobal miqyasda hökmranlığının əsasını təşkil edən inamı məhv etməkdə günahlandırdı.Çox açıqlayıcı, çox səmimi" - Lavrov bildirib.

Qeyd edək ki, "Primakov oxumaları" formu ilk dəfə 2015-ci ildə keçirilib. /Cebhe.info/

Seçilən
31
1
turkustan.az

2Mənbələr