AZ

BMT Keniyada etirazların yatırılmasında zorakılığa yol verilməsindən narahatdır

BMT Baş katibi Antoniu Quterriş Keniyada etirazların yatırılması zamanı zorakılıq halları ilə bağlı xəbərlərə görə narahatlıq keçirdiyini bildirib.


Rusiya KİV xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.


“Quterriş ölən və yaralananlarla bağlı xəbərlərdən, o cümlədən, onların arasında jurnalistlər və tibb işçilərinin də olmasından kədərlənir. Baş katib həmçinin məqsədyönlü, əsassız həbslərlə bağlı xəbərlərdən də narahatdır”, - bəyanatda deyilir.


BMT Baş katibi Keniya hakimiyyətini bütün nümayişlərin dinc şəkildə keçirilməsi üçün etirazları yatırmaqda təmkinli olmağa çağırıb.

Seçilən
166
6
senzor.az

7Mənbələr