AZ

ABŞ Rusiyanı çökdürmək istəyirdi, amma...

Qərb dövlətləri Rusiyanı diz çökdürüb onu cəzalandırmağa ümid edirdilər, amma hər şey tərsinə çevrildi.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzetinin yazarı İsmət Özçelik qeyd edib.

Jurnalist xatırladıb ki, Rusiya Ukraynanın ABŞ-ın istədiyi kimi NATO-ya qəbulunun eskalasiyaya səbəb olacağı barədə xəbərdarlıq edib. Vaşinqton təkbaşına təkid etdi və nəticədə Kiyev əlində olan hər şeyi itirdi.

"Onların etdikləri ilk iş iqtisadi sanksiyalar tətbiq etmək oldu. Avropanı öz sıralarına gətirdilər. Onlar Putini diz çökdürə biləcəklərini düşünürdülər, amma bacarmadılar. Keçən il Rusiya iqtisadiyyatı 3 artım göstərdi. Qərbdə 2% artım daha aşağıdır, Rusiyanı cəzalandırmaq niyyətində idilər. Hər şey əksinə oldu”, - Özçelik qeyd edib.

O əlavə edib ki, tətbiq edilən sanksiyaların heç bir təsiri yoxdur. Köşə yazarının sözlərinə görə, daha sonra ABŞ məhdudiyyətlərə əməl etməyənlərə təzyiq göstərməyə keçdi.

Seçilən
14
1
publika.az

2Mənbələr