Türkiyəli aktyor Erkan Petekkayanın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Yankı" adlı serialda rol alacaq. O, layihənin "Teoman" adlı obrazına həyat verəcək.
Qeyd edək ki, serial 10 bölümdən ibarət olacaq. Ekran işinin baş rolu "Eray"ı aktyor Cihangir Ceyhan canlandıracaq.
Erkan son olaraq "O kız" serialına çəkilib.
BiG.Az