"BakuBus"a məxsus 32 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə sərnişinlər məlumat veriblər.
İddia olunur ki, sürücü avtobusu təhlükəli sürüb. Sərnişinlər buna etiraz edərkən tərəflər arasında mübahisə dərinləşib.
Nəticədə sürücü avtobusu saxlayaraq sərnişinləri düşürüb.