BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen Azərbaycana səfəri çərçivəsində fəal gənclər və IDEA könüllüləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, iyunun 26-da IDEA Heyvanlara Qayğı Mərkəzində baş tutan görüşdə İnqer Andersen gənclərlə fikir mübadiləsi aparıb, BMT-nin Ətraf Mühit Proqramı haqqında məlumat verib. O bildirib ki, xüsusilə UNEP-in Gənclər Proqramları və Təşəbbüsləri vasitəsilə gənclərin aktiv iştirakına şərait yaratmağa çalışırlar. İnqer Andersen Azərbaycan gənclərini UNEP proqramlarında fəal iştirak etməyə çağırıb.
Həmçinin UNEP-in icraçı direktoru könüllülərin ətraf mühitin qorunmasında və iqlim dəyişikliyinə qarşı mübarizədə önəmli rola sahib olduğunu qeyd edib, gənclərin bu sahədə fəallığının və təşəbbüskarlığının əhəmiyyətini vurğulayıb. Bu görüşdə, Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti qeyd edilib və UNEP rəhbəri Azərbaycan gənclərini bu münasibətlə təbrik edib.
Görüşdə iştirak edən gənclər və könüllülər də öz növbəsində ölkədəki ətraf mühitin mühafizəsi ilə bağlı atılan addımlar, müxtəlif ekoloji təşəbbüslər və layihələr haqqında məlumat verərək, gənclərin bu təşəbbüslərə göstərdiyi marağı vurğulayıblar.
Görüşün sonunda UNEP-in icraçı direktoru Azərbaycanın gənclərinin və könüllülərinin hazırlığını və təşəbbüslərini yüksək qiymətləndirib və UNEP-in gənclərin təşəbbüslərinə dəstək verməyə davam edəcəyini qeyd edib. O, həmçinin gəncləri iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol almağa çağırıb və onların səylərinin qlobal səviyyədə böyük təsir yaradacağını vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta