Albert Eynşteynin ABŞ-ın o vaxtkı prezidenti Franklin Ruzveltə yazdığı iki səhifəlik məktubu hərraca çıxarılıb.
Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Lotun başlanğıc qiyməti 4 milyon dollardır.
Məktubda fizik Almaniya hökumətinin nüvə tədqiqatlarını fəal şəkildə dəstəklədiyini və ABŞ-in İkinci Dünya Müharibəsinin sonunda istifadə etdiyi bombalara bənzər son dərəcə güclü partlayıcılar yarada biləcəyi barədə xəbərdarlıq edib.
Alimin prezidentə göndərdiyi məktub Nyu-Yorkun Hayd Parkındakı Ruzvelt Prezident Kitabxanası və Muzeyində saxlanılır. Ancaq qısa və imzalanmış olan ikinci versiyası mərhum "Microsoft" həmtəsisçisi Paul Allendən miras olaraq auksiona çıxarılır.