Suriyanın paytaxtı Dəməşqdə partlayış səsləri eşidilib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, şəhərin üstündə səmada bir neçə partlayış baş verib; bunun səbəbləri hələlik açıqlanmayıb.
Bundan əvvəl ABŞ koalisiyasına məxsus pilotsuz uçan aparat Suriyada yük maşınına hücum etmişdi .
İsrailin pilotsuz təyyarələri də Suriyadakı hərbi hədəflərə zərbələr endirib, bir zabit həlak olub.
DOĞRU.AZ