AZ

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 263 920,2 min manat təşkil edib, bu da illik müqayisədə 1,3% azdır.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 267 400,4 min manat səviyyəsində olub.

Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 9 664 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,72% çoxdur. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 7 267,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 0,3% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 101 741,9 min manat təşkil edib, bu da illik müqayisədə 11,1% azdır. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.

Fuad Mədətov
Fins.az

Seçilən
139
12
fins.az

10Mənbələr