AZ

Prezidentin sorğusu: KM-in iclası başladı

Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

Yenicag.az xəbər verir ki, iclasda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.

Toplantıda aidiyyəti üzrə tərəflər iştirak edir.

Xatırladaq ki, parlamentin iyunun 21-də keçirilən plenar iclasında Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
49
yenicag.az

10Mənbələr