İranda siyasi məhbuslar, övladları etiraz aksiyalarında öldürülənlərin valideynləri, tələbə fəallar, həmkarlar təşkilatları, qeyri-hökumət təşkilatları prezident seçkilərini boykota çağırıblar.
“İran İnternational” xəbər verir ki, bu barədə onlar imzaladıqları müraciətdə bildiriblər.
Vurğulanıb ki, onlar iyunun 28-də keçiriləcək seçkilərdə iştirakı hakimiyyətin “cinayət əməllərinin şəriki” sayıblar.
Müraciət müəlliflərinin fikrincə, bu siyasi kampaniyada iştirak etmək mövcud siyasi sistemin ömrünü uzatmaqdır. Çağırışı imzalayanlardan biri siyasi məhbus Fatimə Sepehari İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneini istefaya, seçkiləri boykota çağırıb.
Hazırda Məşhəddə Vəkilabad həbsxanasında saxlanılan Fatimənin qardaşı Asqar Sepehari isə bildirib: “Biz sizin təyin etdiyiniz məzhəkədə iştirak etməyəcəyik. Siz tarixdə ən yalançısınız. Sizə inanmırıq”.("Report")