AZ

Saxlanılan vəzifəli şəxslərlə ilə bağlı qərar verildi 

Daşkəsən Rayon İcra Hakimiyyətinin korrupsiyaya görə saxlanılan vəzifəli şəxsi məhkəməyə çıxarılıb. 

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Daşkəsən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov barəsində qətimkan tədbiri seçilməsini tələb edib. 

Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib. 

Qərara əsasən, E.Məmmədov haqda vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla İcra Hakimiyyətinin ümumi şöbəsinin işçisi Yaqub Bayramov da saxlanılmışdı. Y.Bayramovdan izahat alındıqdan sonra sərbəst buraxılıb.  Dərmanlar


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
25
yenisabah.az

10Mənbələr