“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Moldovanın “Şerif” komandası yoxlama görüşü keçirib.
Arena.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu “Petrokub”la üz-üzə gəlib.
Tərəflər bu oyunda qalibi müəyyənləşdirə bilməyiblər. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, “Şerif”lə “Zirə” arasında keçiriləcək ilk görüş iyulun 11-də Moldovada reallaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bu komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıdakı “Dalğa Arena” gerçəkləşəcək. Bu qarşılaşmaya isə saat 20:00-da start veriləcək.