Quran ərəb dilində yağış üçün işlənən "mətər" (مطر) sözündən istifadə etmir. Onu, sadəcə, "ma"(ما) sözü ilə əvəz edir. Və həm Quran, həm də yağışın enməsi üçün eyni kəlmədən (nəzələ-نزل- inzal-انزال- tənzil-تنزیل) sözündən istifadə olunur. Nəzələ - ərəb dilində nəyinsə yuxarıdan aşağı tədrici enişinə deyilir. Eniş üçün istifadə olunan digər iki söz isə - səqətə -سقط və həbətə-هبط - dir ki bunlardan biri, yəni səqətə nəyinsə yerə çırpılmasına (Azərbaycan dilində işlənən süqut da eyni kökdəndir), həbətə isə həm maaddi, həm də mənəvi eniş üçün istifadə olunur. Məsələn, Adəmlə zövcəsinin mənəvi məqam enişi üçün Quran "ihbitu iləl ərz" ( اهبطوا الی الارض-yer üzünə enin) cümləsindən istifadə olunur.Yağış dənələrinin ölçüsünə görə çəkisi və eniş sürəti də dəyişir. Məsələn, 0.5 mm yağış yerə saniyədə 2 m, diametri 5 mm olanlar isə saniyədə 9 m sürətlə düşür. 2 km-dən 8 km-dək hündürlükdən düşən yağış dənələri bu məsafədə bir-biri ilə toqquşmur və tərkibindəki oksigen sayəsində düşərkən fəsada səbəb olmur. Bildiyimiz kimi, yüksəklikdən düşən hər bir cisim yerin cazibə qüvvəsi sayəsində düşdüyü obyekti dəlib keçməli və ya ən azından ciddi ziyan vurmalıdır.Sual: Pozulmayan bu nizam, qanunauyğunluq necə və hansı varlıq tərəfindən yaradıldı, hansı qüvvə tərəfindən idarə olunur? Cavab olaraq :"Özü-özünü" deyilərsə, bu elmdə qəbul edilmir. Çünki enerji və maddə özü-özünü yaratma, idarəetmə, bir haldan başqa hala keçmə və nəhayət, məhvolma xüsusiyyətinə sahib deyil. Və bunun üçün başqa, kənar və ən əsası, ondan daha güclü bir varlığın mövcudluğu labüddür.Elə isə, bəs kimdir və ya nədir? Quran buna cavab olaraq deyir:"Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar? Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu sovuşdurar. (O buludların) şimşəyin parıltısı az qalır ki, gözləri kor etsin" (Nur.43).*Quran yağışla vəhyin enişi üçün eyni ifadə işlətdiyi kimi, hər ikisi xüsusiyyəti barədə də eyni ifadə işlədir. "Bu da diriltdi, can verdi" mənasını verən "əhya"( احیا) sözüdür. Yəni yağış torpağa can verib ölmüş canlılara həyat verdiyi kimi Quranda ölmüş qəlblərlə eyni cür rəftar edir."Allah göydən su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda (haqqı) dinləyənlər üçün dəlillər vardır" (Nəhl.65).Düşünənlər üçün bunlarda ibrət var....
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta