AZ

Gürcüstan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir - İlya Darçiaşvili

Bakı. Trend:

Gürcüstan ilə Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü vəsuverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün yalnız yaxşı qonşuvə dost ölkə deyil, eyni zamanda, çox yaxşı stratejitərəfdaşdır.

Trend xəbər verir ki, bu sözləri Tbilisidə Gürcüstanın xariciişlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramovilə keçirdiyi görüşdən sonra brifinqdə deyib.

O qeyd edib ki, hər iki ölkə enerji, nəqliyyat, logistika vədigər sahələrdə səmərəli əməkdaşlıq edir.

Regional sülhün əldə olunması məsələsinə toxuna nazir deyib ki,Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh sazişininimzalanması üçün əlindən gələni edəcək.

"Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi iqtisadilayihələr təkcə bizim üçün deyil Avropa üçün də mühüm əhəmiyyətkəsb”, - deyə gürcü nazir vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
6
az.trend.az

7Mənbələr