AZ

Bayramov Qriqoryanın sülh xəbərini təsdiqlədi

Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.

Aktual.az  xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tiflisdə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var:

"Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik".

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir:

"Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".

Qeyd edək ki, ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh müqaviləsi üzrə onuncu təkliflər paketini aldıqlarını açıqlamışdı.

Seçilən
193
38
ulusum.az

10Mənbələr