"Müəllim ali təhsilli olmalıdır, bu vacibdir".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, vvaxtilə orta ixtisas təhsil müəssisələrində də müəllimlər hazırlanıb:
"Bu, müəllim çatışmazlığı dövründə sürətli müəllim hazırlanması üçün atılan addım olub. Hazırda isə ali təhsilin tələb edildiyi məktəblər var və bu qanunvericilik çərçivəsində olan tələbdir".