İyulun 1-dən Ukraynada 3 kateqoriyadan olan tələbələr səfərbər oluna bilər.
Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Səfərbərlik haqqında yenilənmiş qanuna əsasən, söhbət aşağıdakı kateqoriyalardan gedir:
- Qiyabi təhsil alan tələbələr;
- İkinci və üçüncü ali təhsil alan tələbələr (bakalavr, magistratura);
- İstənilən təhsili artıq malik olduğundan aşağı səviyyədə alanlar (məsələn, ali təhsillidirlər, lakin orta ixtisas təhsili alırlar).
Bu qayda əyani peşə təhsili müəssisələrinə şamil edilmir.