“Bağça müəllimlərinin sertifikasiyası qanunvericilikdə nəzərdə tutulub”.
KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bağça müəllimlərinə sertifikasiyadan əvvəl zaman verilməlidir. Buna görə də onlar öncə diaqnostik qiymətləndirmədən keçməlidir.