Sentyabr ayından etibarən sertifikatlaşdırmada yüksək nəticə göstərən (35% əlavə alanlar) müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1295 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) isə 980 manat olacaq.
Anons.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib.
“Sertifikatlaşdırmada iştirak etməyən müəllimlərin əməkhaqqı isə təxminən 750 manat olacaq, amma növbəti illərdə bu da artacaq. Təxminən 30 min müə