AZ

Son 23 ildə ömrüm kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçib - Alper Gezeravcı

Son 23 ildə ömrüm kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçib. Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq bizim hamımızın qarşısında duran əsas vəzifələrindəndir.

Olaylar.az xəbər verir ki, bu barədə bu gün Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı "Baku ID" innovasiya festivalı çərçivəsində "Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması" panel sessiyasında çıxışında deyub.

Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycanın paytaxtına səfərini xatırlayan Alper Gezeravcı bu gün yenidən burada olmaqdan məmnuniyyət ifadə etdi. Bildirdi ki, o görüşdə olduğu kimi, bu səfərdə əsas missiyası ölkəmizdə gənclərə kosmik sahə barədə ətraflı məlumat vermək və kosmosu sevdirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
olaylar.az

3Mənbələr