AZ

Türkiyənin 85 ən böyük sənaye şirkəti birjaya daxil olub

Bakı. TurkicWorld:

İstanbul Sənaye Palatası tərəfindən hazırlanan Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023 Araşdırmasının nəticələrinə görə, birjaya açılan şirkətlərin sayı 85-ə çatıb.

TurkicWorld xəbər verir ki, araşdırmaya görə, İstanbul Sənaye Palatası (İSO) 500 arasında birjaya daxil olan şirkətlərin sayı 2017-2021-ci illərdə 65-69 səviyyəsində olmasına baxmayaraq, 2022 və 2023-cü illərdə ortaya çıxan maliyyə şərtləri şirkətlərin birjaya açılmasına səbəb olub.

Türkiyənin ən böyük 500 şirkəti arasında birjaya açılan şirkətlərin sayı 2022-ci ildə 73-ə, 2023-cü ildə isə 85-ə çataraq ən yüksək səviyyəyə çatmışdır.

Balans göstəricilərinə daxil edilən ümumi borclara nəzər salsaq, Türkiyənin ən böyük 500 sənaye şirkətinin borcu 2023-cü ildə 60% artaraq 2,5 trilyon lirədən 4 trilyon 13 milyard lirəyə yüksəlmişdir.

Birjaya aşılmış şirkətlərinin ümumi borcu 1 trilyon 373,5 milyard lirə, onların ümumi borcdakı payı 34,2%, qısamüddətli borclar isə 1 trilyon 49,3 milyard olmaqla 36,8%, uzunmüddətli borcları isə 324 milyard 203 milyon lirə ilə 27,9% pay alıblar.

Həmçinin, bu şirkətlərin öz kapitalının cəminə nisbəti 2022-ci ildə 28,7% olduğu halda, 2023-cü ildə 1 trilyon 543,2 milyard lirə ilə 32%-ə yüksəlmişdir.

Türkiyənin Ankara Sosial Elmlər Universiteti İqtisadiyyat Bölümü müəllimi Prof. Dr. Levent Aydın şirkətlərin birjaya daxil olmasının əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bİrjaya açılmaq sənaye şirkətlərinin qısa müddətdə investisiyalarını maliyyələşdirmək üçün kapital toplamasına, şirkətlərin borclanma ehtiyaclarını azaltmasına və maliyyə strukturlarının gücləndirilməsinə töhfə verməklə yanaşı, uzunmüddətli perspektivdə maliyyə sabitliyi və böyümə potensialı təmin edərək bu prosesdə mühüm rol oynayır. Bu səbəblə İstanbul Sənaye Palatasının açıqladığı 500-lük siyahı böyük sənaye şirkətləri daxilində birjaya açılmış şirkətlərin sayının artırılması sənayenin güclənməsinə və davamlı böyümənin əldə edilməsinə əhəmiyyətli töhfələr verəcək. Bundan əlavə, birjaya daxil olmaq şirkətlərin korporativləşməsi, şəffaflığı və nüfuzü, maliyyəyə daha asan çıxış məsələlərində çox əhəmiyyət daşıyır”.

Güclü maliyyə strukturuna sahib, yüksək böyümə potensialı və qazanılmış investor etibarı olan şirkətlərin birjaya çıxa biləcəyini ifadə edən Aydın, birjaya açılmağın sürətinin bazar və iqtisadi şəraitdən, eləcə də şirkətlərin xüsusi vəziyyətlərindən və strateji qərarlarından asılı olduğunu vurğulayıb.

“Bu, şirkətlərin maliyyə strukturunu gücləndirir və iqtisadi artıma və inkişafa töhfə verir. Bu, həmçinin şirkətlərin davamlı inkişaf hədəflərinə çatmasına, rəqabət qabiliyyətinin artırılmasına və bazar şərtlərinə daha tez uyğunlaşmasına kömək edir. Sənaye şirkətlərinin kapital bazarlarından daha çox istifadə etməsi uzunmüddətli stratejidir. Çünki bu iri şirkətlərin birjaya daxil edilməsi ilə kapitalın daha geniş çevrəyə yayılması və dərinləşməsi gələcəkdə iqtisadiyyatın sağlam böyüməsi üçün həyati əhəmiyyət kəsb edir. Biz görürük ki, iqtisadiyyatların inkişaf səviyyələri ümumilikdə onların kapital bazarlarının və xüsusən də fond bazarlarının dərinliyi ilə düz mütənasibdir.” – deyə o əlavə edib.

Seçilən
117
turkic.world

1Mənbələr