AZ

Boliviyada dövlət çevrilişinə cəhddə iştirak edən 10 hərbçi həbs edilib

Boliviyada dövlət çevrilişinə cəhddə iştirak edən 10 hərbçi həbs edilib

Boliviya hüquq-mühafizə orqanları respublikada dövlət çevrilişinə cəhdin təşkilində iştirak edən azı 10 hərbçini həbs edib. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Boliviyanın daxili işlər naziri Karlos del Kastilyo del Karpio məlumat verib."Demokratik yolla seçilmiş hökuməti devirmək planında iştirak edən təxminən on hərbçi həbs edilib", - deyə nazir qeyd edib.La Pazda hərbçiləri hökumət binası qarşısındakı meydana aparan boliviyalı general Xuan Xose Zuniqanın 15-20 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi barədə də məlumat verilib. Generalın daha əvvəl dərc edilmiş həbs orderindən belə çıxır ki, Zuniqa və çevriliş cəhdinin digər iştirakçıları terror aktları törətməkdə şübhəli bilinirlər, eləcə də iyunun 26-da Zuniqanın başçılıq etdiyi bir qrup Boliviya hərbi zabiti həbsdən çıxarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
afn.az

2Mənbələr