“Ukraynada münaqişənin həlli istiqamətində Rusiyaya məhəl qoymayan hərəkətlər istənilən nəticəyə gətirib çıxarmayacaq". Manset.az Publika.az-a istinadən istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Estoniya Prezidenti ilə danışıqlarımız zamanı biz Ukraynadakı müharibəni müzakirə etdik. Mən bir daha vurğuladım ki, biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Yalnız diplomatiya yolu ilə dağıntının qarşısı ən qısa zamanda alına bilər və ədalətli və yekun həllə nail oluna bilər”, - Ərdoğan bildirib. Türkiyə liderinin sözlərinə görə, ölkə bütün tərəflərlə işini davam etdirir.