AZ

Şimali Kipr Türk Cümhuriyyətinin Ombudsmanı mediatorları qəbul edib - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı Ombudsman İlkan Varol nümayəndə heyətini qəbul edib.

QHT.az xəbər verir ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində mediatorlar Orxan Mahmudov, Venera Əsgərova, Raul İsmayılov, Ramiz Kərimov, Venera Əsgərova, Türkiyədən olan nümayəndə heyətinin tərkibində isə Türk Dünyası Arabulucular Birliyi İdarə Heyətinin sədri Yakup Erikel, vəkil-mediatorlar Yusuf Gözel, Saliha Sasa, Pervin Yıldız və Sibel Öztürk iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasında mediasiya sahəsinin əldə etdiyi nailiyyətlər, Türkiyə Cümhuriyyəti mediatorlarının iş prinsipləri, Şimali Kipr Türk Cümhuriyyətində mediasiya sahəsinin yaradılması və inkişaf yolları müzakirə edilib.

Seçilən
98
2
qht.az

3Mənbələr