İranın Yeni Zelandiyadakı səfirliyində səsvermə prosesinin başlaması ilə İranda prezident seçkisi rəsmən başlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İran prezidenti seçkisi Vellinqtonla yanaşı, Yeni Zelandiyanın Oklend və Kraystçorç şəhərlərində də keçirilir.
İranda seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 09:30) açılır.
Namizədlikləri ilkin olaraq İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən təsdiqlənən altı siyasətçidən dörd iştirakçı prezidentlik yarışında qalıb.
Xatırladaq ki, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra iyunun 27-də Tehran meri Əlirza Zəkani də oxşar qərar qəbul edib. O, mühafizəkarlar qanadından iki əsas namizədin - parlamentin spikeri Məhəmməd Baqir Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilinin müdafiəsi ilə bağlı çıxış edib. Onlardan başqa, yarışda mühafizəkar keçmiş nazir Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.