AZ

İvanişvili Gürcüstan millisi ilə bağlı elə qərar verdi ki...

“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Avro-2024-ün 1/8 final mərhələsinə vəsiqə qazandığı üçün futbol üzrə Gürcüstan milli komandasına 30 milyon lari (təxminən 10 milyon avro) bağışlayacaq.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə 1tv.ge telekanalı məlumat yayıb.İvanişvilinin təşəbbüsü ilə komanda 1/8 finalda qalib gəlsə, daha 30 milyon lari qazanacaq.Qeyd edək ki, F qrupunun turnir cədvəlində Portuqaliya 6 xal toplayıb və birinci yeri tutub. Türkiyə də 6 xal toplayaraq ikinci yerdədir . Gürcüstan 4 xalla üçüncü yeri tutub. Çexiya 1 xal toplayaraq sonuncu yeri tutub və turnirdən kənarlaşdırılıb.Qrup mərhələsinin son turunda keçirilən Portuqaliya - Gürcüstan görüşü 2:0 hesabı ilə gürcülərin xeyrinə başa çatıb. Artıq görüşün ikinci dəqiqəsində Xviça Kvaratsxeliya hesabı açıb. İkinci hissənin əvvəlində Georges Mikautadze penaltini dəqiq yerinə yetirərək görüşün yekun hesabını təyin edib.İspaniya - Gürcüstan oyunu iyunun 30-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
mediaxeberleri.az

6Mənbələr