AZ

İranda Prezident seçkisi keçirilir

Cümə günü İranda Prezident seçkiləri keçirilir.

Bu seçkidə Prezidentlik uğrunda İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmür Hüseyn Qəzizadə-Haşımi və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaqlar.

Namizədlərdən birinin əslən azərbaycanlı olduğu deyilir. Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi Azərbaycanım mahnısı səsləndirilib.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunub.

Seçilən
157
bbc.com

1Mənbələr