Azərbaycanda gedən tikinti və quruculuq işləri "Networking Azerbaijan" platformasında müzakirə edilib
21 iyun Fairmont hoteldə Azərbaycanda gedən tikinti və quruculuq işləri
"Networking Azerbaijan" platformasında müzakirə edilib.
Ölkə iqtisadiyyatına müxtəlif sahələrdə töhfə verən iş adamlarının
ünsiyyət və müzakirə platforması olan "Networking Azerbaijan" Biznes
Klubunda bu dəfə diqqət ən prioritet sektorlardan birinə yönəlib.
"Construction and Building Networking" tədbirinin iştirakçıları tikinti
sektorunda fəaliyyət göstərən şirkətlərin sahibkar və rəhbərləri,
onların fəaliyyətləri ilə tanış olmaq imkanı qazanıblar. "Bu, bizim üçün
bir ilkdir. "Networking Azerbaijan" öz fəaliyyətində bir yenilik edərək
müxtəlif sahələr üzrə tematik netvörkinq tədbirləri keçirməyə başlayır.
Məqsədimiz ölkə iqtisadiyyatı üçün vacib olan sahələrdə fəaliyyət
göstərən sahibkarları onlara xidmət göstərə biləcək, faydalı ola biləcək
iş adamları ilə əlaqələndirməkdir – bunu "Networking Azerbaijan" Biznes
Klubunun həmtəsisçisi Əliağa Kürçaylı bildirib.
"Bu gün bizim sahəmiz inkişaf etdiyi üçün bu sahə üçün xidmət və
məhsullarını təqdim edən kifayət qədər çox sahibkar var. Gündəlik iş
həyatındakı məşğulluq bizə onları görmək, tanımaq, işləri ilə tanış
olmaq imkanı verməyə bilər. Netvörkinq tədbiri bizə özümüz üçün faydalı
tərəfdaşlar tapmağa, eləcə də öz sahəmizdəki yenilikləri öyrənməyə
şərait yaradır" — həmtəsisçi Qurban Əliyev bildirib.
"Networking Azerbaijan" Biznes Klubu 2017-ci ildən fəaliyyət göstərir.
Klub sahibkarlar üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək
səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınır.