AZ

SOCAR rəhbərliyi ötən il nə qədər əməkhaqqı alıb?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyinə ümumilikdə 1,699 milyon manat əməkhaqqı ödənilib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib. Bu, 2022-ci illə müqayisədə 7,9% azdır.

Məlumata görə, baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq əməkhaqqı və mükafatlar, eləcə də Qrupun müəyyən şirkətlərində Direktorlar Şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.

Qeyd edək ki, bu il yanvarın 1-nə qrupun baş rəhbərliyinə SOCAR-ın prezidenti və 10 vitse-prezident (2022-ci ildə – şirkətin prezidenti, onun birinci vitse-prezidenti və 9 vitse-prezident) daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Prezidenti tərəfindən təyin edilir.

Seçilən
101
1
yenigundem.az

2Mənbələr