AZ

Karlo Ançelotti Arda ilə bağlı qərarını verib

"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərlə bağlı qərar verib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin icarəyə verilməsini istəmir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Madrid təmsilçisi türk futbolçunu komandada saxlayacaq. Ançelotti gənc oyunçuya növbəti mövsümdə daha çox şans verəcək.
 
Qeyd edək ki, Arda ötən mövsüm "Real"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol vurub.

Seçilən
141
4
sport24.az

5Mənbələr