1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yeddi aylıq Aydının sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun nənəsi Aygün Ağayeva məlumat verib.
O bildirib ki, nəvəsinin dəstəyə ehtiyacı var:
"Aydın yeddi aylıqdır. Həkim müayinəsi zamanı onun qaraciyərində problem olduğunu öyrəndik. Onun analizlərini Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Həkim Aydının qaraciyər sirrozu ola biləcəyini, dəqiq müayinə üçün ora getməyimizi tövsiyə etdi".
Nənə bildirib ki, Aydının anası 4 ay əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib:
"Qızım dörd ay əvvəl, Aydın üç aylıq olarkən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. O gündən də Aydına mən baxıram, balamın ətrini ondan alıram. Atası hər zaman onu ziyarətə gəlir, əlindən gələni edir onun üçün. O da fəhlədir. Aydını Türkiyədə müayinəyə aparmaq üçün lazım olan 1 000 dolların 600 dollarını atası borc-xərclə tapıb. Amma yenə də pulumuz tamamlanmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 784 33 36
Beynəlxalq Bank: 4127 2093 0092 0334
Beynəlxalq Bank: 4127 2093 0092 0334