Doqquzaylıq Ayanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Mədinə Abbasova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə qaraciyər sirrozundan əziyyət çəkir.
"Ayan 2023-cü ilin noyabr ayında dünyaya gəlib. Doğulduğu zaman hər şeyin normal olduğunu düşünsək də, ilkin müayinələr zamanı onun qaraciyər sirrozu olduğunu öyrəndik. Sizin saytın izləyicilərinin dəstəyi ilə bir müddət əvvəl Türkiyəyə yollanıb, müayinələrdən keçdik".
Mədinə Abbasova övladının müalicəsi üçün yardımsevər şəxslərdən dəstək istəyib.
"Həkimlər Ayanın yaşına görə əməliyyat olunmamasını tövsiyə etdilər. Əgər müalicələri vaxtında etsək, onun ciyərinin özünü bərpa edə biləcəyini deyirlər. Dərmanlarını və iynələrini ala bilmək üçün hazırda 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirik".
Ailə ilə əlaqə: (051) 436-86-59.
Beynəlxalq Bank: 5522 0993 6467 6924.