AZ

TƏBİB-ə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı, 28 iyun, AZƏRTAC

Cari ilin 5 ayı ərzində TƏBİB-ə 11 min 819 müraciət daxil olub. Onlardan 6 min 690-ı ərizə, 5 min 110-u şikayət, 19-u təklifdən ibarətdir. Digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 min 202-dir

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-də keçirilən “Açıq qapı” günündə qurumun Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov deyib. İ.Hüseynov bildirib ki, kollektiv daxil olan müraciətlərin sayı 189 olub.

“2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciətlərin sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaşların sayı isə 1 843 nəfər təşkil edib” - deyə İ. Hüseynov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
azertag.az

4Mənbələr