AZ

13 yaşlı uşaq avtobusa atəş açdı

Sankt-Peterburqda 13 yaşlı uşaq avtobusa atəş açıb. 

News24.az bildirir ki, bu barədə 78.ru məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisə baş verən gün bir qrup məktəbli gəzintiyə çıxıb. Onlardan biri özü ilə tapança götürüb və dostuna verib. Məktəbli isə həmin tapança ilə avtobusa atəş açıb.

Saxlanılan məktəblilər valideynləri ilə birlikdə şöbəyə aparılıb. Orada şöbə mütəxəssisləri onlarla profilaktik söhbət aparıblar. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilir.

Məryəm


Seçilən
43
1
news24.az

2Mənbələr