Bu gün səhər Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı zəlzələ olub.
Pravda.az xəbər verir ki, zəlzələ anının görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur.
Tarix: 28 İyun 2024, 12:36