“Kəpəz” növbəti mövsümün hazırlıqları çərçivəsində keçirəcəyi ki yoxlama oyununu dəqiqləşdirib. Rəqiblər Premyer Liqa klubları olacaq.
Futbolinfo.az xəbər verir ki, sabah məşqlərin əsas hissəsi üçün bir araya gələcək “sarı-göylər” Gəncədə hazırlığa başlayacaq. Yoxlama oyunlarının isə Qəbələdə reallaşdırılması planlaşdırılır.
Əldə etdiyimiz məlumata görə gəncəlilər “Turan-Tovuz” və “Şamaxı”nı özünə rəqib seçib. İyulun 10-da tovuzlularla sınaq matçı reallaşacaq, 4 gün sonra isə digər matç reallaşmalıdır. Amma “Şamaxı” ilə görüşün vaxtının dəyişdirilməsi mümkündür.