Qanunda təklif edilən dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır.
Həmçinin layihəyə əsasən həmin komissiyaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən yaradılması təklif edilir.
Bundan başqa, layihədə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirəolunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsinin qanunun 7.1.4-cümaddəsinə və digər normativ hüquqi aktlara əsasən həyata keçirilməsi nəzərdətutulur.
Belə ki, Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı iləmüsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin ve onların prekursorlarının məhv edilməsi qaydaları, 2023-cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə isə cinayət təqibi üzrəməhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydaları müəyyən edilib.
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə ediənlərin cəriməsi iki dəfə artırılır
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarəedilməsinə görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinədəyişiklik layihəsi parlamentin bugünküiclasında III oxunuşda müzakirəyəçıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, cərimənin məbləği 100 manatdan 200 manatadək artırılır.
Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzindətəkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görətəyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.